ABŞ-dəki prezident seçkisi Azərbaycanla əlaqələrə necə təsir edəcək? - ŞƏRH

   ABŞ-dəki prezident seçkisi Azərbaycanla əlaqələrə necə təsir edəcək? -    ŞƏRH
  05 Noyabr 2024    Oxunub:222
Məlum olduğu kimi, bu gün ABŞ-də növbəti ümumi seçkilər günüdür. Ölkənin rəhbəri vəzifəsi uğrunda respublikaçı Donald Tramp və ABŞ-nin indiki vitse-prezidenti demokrat Kamala Harris mübarizə aparırlar. Artıq 70 milyondan çox sakin səsvermə hüququndan erkən istifadə edib.
Maraqlıdır, Amerikada yeni prezident seçildikdən sonra Azərbaycanla münasibətlər hansı istiqamətdə dəyişəcək?

Mövzu ilə bağlı AzVision.az -a danışan politoloq İlyas Hüseynov bildirib ki, Amerika Birləşmiş Ştatlarında prezident seçkiləri hazırda böyük maraq doğurur.

Onun sözlərinə görə, bütün dünyada analitiklər, ekspertlər, politoloqlar bu seçkilərin gedişi ilə bağlı müzakirələr həyata keçirirlər:

Tramp məğlub ola biləcəyini istisna etməyib
"Namizədlərə gəlincə, Donald Tramp ABŞ-nin 45-ci prezidenti kimi öz fəaliyyəti ilə seçilmişdir. Onun prezidentlik dövrü koronavirus pandemiyası və yaratdığı çətinliklər ilə müşayiət olunurdu. Digər namizəd isə demokratlardan Kamala Harrisdir. Böyük siyasi, karyerası, təcrübəsi olmasa da, prezident kimi demokratların namizədidir. Namizəd kimi partiya tərəfdaşlarından dəstək toplayıb".

Ekpsert qeyd edib ki, ABŞ-də seçkilərin nəticələri Yaxın Şərqdə cərəyan edən müharibəyə, İran-İsrail gərginliyinə, Ukrayna cəbhəsində baş verən münaqişəyə və eyni zamanda Cənubi Qafqaza öz növbəsində təsirini göstərəcək:

"Hesab edirəm ki, demokratların hakimiyyətdə qalması və ya respublikaçı namizəd Donald Trampın hakimiyyətə gəlməsindən asılı olmayaraq, Azərbaycanla ABŞ arasında strateji münasibətlər inkişaf etməlidir. ABŞ Cənubi Qafqazda Azərbaycanın rolunu və mövqeyini qəbul edib, münasibətlərin inkişafına dəstək olmalıdır.

Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yaranıb. Enerji təhlükəsizliyi kimi istiqamətlər kifayət qədər böyük əhəmiyyət kəsb edir. Azərbaycan həm də COP 29 tədbirini keçirməklə yadda qalacaqdır. ABŞ tərəfindən böyük nümayəndə heyəti bu tədbiri izləmək üçün ölkəmizə gəlir. Məhz bu kimi amillər Bakı ilə Vaşinqton arasında münasibətlərin inkişafına təkan verə biləcək".

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   ABŞ   Azərbaycan   DonaldTramp   KamalaHarris  





Xəbər lenti