Boliviyada 200 hərbçi girov götürülüb

   Boliviyada 200 hərbçi girov götürülüb
  04 Noyabr 2024    Oxunub:886
Boliviyanın keçmiş prezidenti Evo Moralesin tərəfdarları üç hərbi obyekti ələ keçiriblər.
AzVision.az xəbər verir ki, Boliviyanın Xarici İşlər nazirliyinin yaydığı məlumata əsasən, Çaparedə, Koçabamba departamentində 200-dən çox əsgər girov götürülüb.

Sabiq prezidentin tərəfdarları təxminən bir aya yaxındır ki, yolları bağlayıb, dəyən ziyan milyardlarla dollar təşkil edir. Qarşıdurmalar zamanı 70 nəfər yaralanıb, itki yoxdur. İnsanlar inflyasiya və yanacaq qıtlığına etiraz edir və həmçinin Evo Moralesi dəstəkləmək istəyirlər. Bu siyasətçinin adı eyni vaxtd bir neçə cinayət işində hallandırılır - o, insan alverində və azyaşlıya təcavüzdə şübhəli bilinir.

Hazırkı prezident Luis Arse dialoqa çağırsa da, vəziyyət getdikcə daha da pisləşir. Noyabrın ilk günündə hərbçilərin dəstəyi ilə polisin Koçabambada yolların təmizlənməsi əməliyyatına başlaması və 60-dan çox adamın saxlanmasından sonra vəziyyət gərginləşib. Toqquşmalar zamanı Moralesin tərəfdarları hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı dinamit çubuqlarından istifadə ediblər.

Xatırladaq ki, Evo Morales 2006-2019-cu illərdə Boliviya prezidenti olub. 2020-ci il seçkilərində o, Luis Arseni dəstəkləyib, lakin gələcək prezidentlik yarışı münaqişə mənbəyinə çevrilib - onların hər ikisi hakim “Sosializmə Doğru Hərəkat” partiyasından prezidentliyə namizədi olmaq istəyir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Boliviya   hərbçilər   girov  





Xəbər lenti