Demokratlar Trampa qarşı “ildırım sürətli” cavab hazırlayırlar

   Demokratlar Trampa qarşı    “ildırım sürətli”    cavab hazırlayırlar
  02 Noyabr 2024    Oxunub:897
Respublikaçıların prezidentliyə namizədi Donald Tramp 2020-ci ildə olduğu kimi vaxtından əvvəl qalib gəldiyini elan etsə, demokratlar “ildırım sürətli cavab” hazırlayırlar.
AzVision.az xəbər verir ki, prezidnetliyə namizəd Kamala Harrisin seçki qərargahının təmsilçiləri və demokratlar partiyasının funksionerləri “Reuters” afentliyinə belə deyiblər.

“Reuters” bu həftənin əvvəlində Trampın seçki günü qələbəsini elan edəcəyinə ümid bəslədiyini deməsini xatırladır. Lakin agentliyə müsahibə verən ekspertlər qeyd ediblər ki, yekun nəticənin məlum olması bir neçə gün çəkə bilər. Xüsusən də bəzi əsas ştatlarda səslərin yenidən sayılması tələb olunarsa namizədlərdən kimin qalib gəldiyini yəqinləşdirmək üçün belə ssenari istisna edilmir.

“Biz hazırıq, əgər Tramp bunu etsə (özünü erkən qalib elan etsə - red.) hazırıq. Onun faktiki olaraq mətbuatı manipulyasiya etdiyini və Amerika xalqının konsensusunu manipulyasiya etməyə çalışdığını bilsək cavab verməyə hazırıq”, - demokratların mümkün reaksiyasının təfərrüatlarını açıqlamayan Kamala Harris “ABC” telekanalına müsahibəsində deyib.

Bununla belə, “Reuters” agentliyinin Demokratlar partiyasındakı altı mənbəyi aydınlaşdırıb ki, Trampın bu cür bəyanatlarına qarşı mübarizə onun sözlərinin doğruluğunu ictimaiyyət qarşısında qiymətləndirməyə yönələcək. Beləliklə, demokratlar sosial şəbəkələri və televiziya yayımlarını qələbə elan edilməmiş bütün səslərin hesablanması tələbləri ilə doldurmağı planlaşdırır.

- Tramp yalandan qalib gəldiyini iddia edən kimi biz televiziyaya çıxmağa və həqiqəti söyləməyə, müqavimət göstərmək üçün öz təsirlərindən istifadə edə biləcək insanların geniş şəbəkəsinə qoşulmağa hazır olacağıq”, - Demokratlar partiyasının Milli Komitəsinin yüksək vəzifəli təmsilçisi “Reuters” agentliyinə bildirb.

Donald Trampın seçki qərargahından isə agentliyə deyilib ki, onları namizədi namizədi seçki qutuları bağlanana qədər bütün səslər üçün mübarizə aparacaq. Lakin onun yarışın nəticələri rəsmən olunmazdan əvvəl yenidən qələbəni elan etməyi planlaşdırıb-qalmayacağı ilə bağlı suala birbaşa cavab verilməyib.

Bu isə onu göstərir ki, noybarın 5-də ABŞ-də keçiriləcək prezident seçkilərindən sonra ölkənin 4 il əvvəlki kimi iğtişaşalr burulğanına sürüklənməsi təhlükəsi gündəmdən çıxmayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   demokratlar   qələbə   cavab  





Xəbər lenti