BMT: "Livanın tarixi abidələri təhlükə altındadır"

      BMT:    "Livanın tarixi abidələri təhlükə altındadır"
  01 Noyabr 2024    Oxunub:262
"Qədim Roma dövrünə aid xarabalıqların yerləşdiyi Sur və Bələbək şəhərlərinə İsrailin aviazərbələri nəticəsində Livanın mədəni irsi təhlükə altında qalıb".
Bu sözləri Beynəlxalq Millətlər Təşkilatının Livan üzrə xüsusi koordinatoru Janin Hennis-Plashart öz "X" hesabında yazıb.

"Böyük tarixi dəyərə malik qədim Finikiya şəhərləri də xarabalığa çevrilmək təhlükəsi ilə üz-üzədir. Livanın mədəni irsi bu dağıdıcı münaqişənin növbəti qurbanına çevrilməməlidir", - xanım Plashart vurğulayıb.
İsrail Ordusu: "Livanda nasist nişanları aşkarlanıb" - FOTO

Xatırladaq ki, İsrail Silahlı Qüvvələri oktyabrın 1-də "Hizbullah" təşkilatının "obyektlərini və infrastruktrunu sıradan çıxarmaq" məqsədilə Livana qarşı qurudan əməliyyata başlayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   BMT   İsrail   Livan   münaqişə   tarix  





Xəbər lenti