"Putin Ukraynaya Baydenə görə girdi!" - Tramp |
Bundan əlavə, siyasətçi iddia edib ki, məhz o, dünyanın ən böyük qaz kəməri sayılan “Şimal axını 2”nin tikintisini əngəlləyib: "Mən onu məhv etdim. Bunu məndən başqa heç kim edə bilməzdi".
ABŞ prezidentliyinə namizəd müsahibədə həmçinin yenidən seçiləcəyi təqdirdə milyarder İlon Maskı və keçmiş prezidentliyə namizəd Robert Kennedini mühüm vəzifələrə təyin etmək istədiyini bildirib. Siyasətçi Rusiya ilə iddia edilən "əlaqələr"lə bağlı şaiyələri Demokratlar Partiyasının 2016-cı ildə Hillari Klintonun qələbəsi üçün başlatdığı əməliyyat hesab edir.
Tramp ABŞ prezidenti Cozef Bayden və Demokratlar Partiyasının namizədi Kamala Harris haqqında da danışıb. O, Baydenin artıq çoxdan özündə olmadığını söyləyib.
Tural Tağıyev
AzVision.az