Lavrov: "Ərəb-İsrail münaqişəsində qalib olmayacaq"

   Lavrov:    "Ərəb-İsrail münaqişəsində qalib olmayacaq"
  01 Noyabr 2024    Oxunub:1012
"Rusiya hər kəsi Yaxın Şərqdə qan tökülməsinə son qoymağa və problemin siyasi yolla həlli üçün şərait yaratmağa çağırır".
Bunu Türkiyənin “Hürriyet” qəzetinə müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

İsrail Moskvadan vasitəçi olmağı xahiş edir
"Biz zorakılıqların daha da geniş eskalasiyaya çevrilməsinə və vəziyyətin nəzarətdən çıxmasına səbəb olan addımlardan çəkinməyə çağırırıq”, - deyə o qeyd edib.

Lavrov bildirib ki, ərəb-İsrail münaqişəsində qalib olmayacaq.

"Bu konfliktdə qalib müəyyənləşməyəcək! Vəziyyətin normallaşmasına aparan yol qan tökülməsinin dayandırılmasından və Fələstin-İsrail münaqişəsinin hamılıqla tanınmış beynəlxalq hüquqi əsasda siyasi həlli üçün şəraitin yaradılmasından keçir. O, 1967-ci il sərhədləri daxilində müstəqil Fələstin dövlətinin yaradılmasını nəzərdə tutur",- XİN rəhbəri vurğulayıb.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Lavrov   İsrail  





Xəbər lenti