Ermənistan XİN: Bakıdakı konfransla bağlı qərar verilməyib

      Ermənistan XİN:    Bakıdakı konfransla bağlı qərar verilməyib
  31 Oktyabr 2024    Oxunub:728
İrəvanda Ermənistan nümayəndə heyətinin Bakıda keçiriləcək BMT-nin COP29 İqlim Konfransında iştirakı ilə bağlı hələlik heç bir qərarı yoxdur.
Bu barədə Ermənistan mediası məlumat yayıb.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan cümə axşamı Sputnik Ermənistanın "rəsmilərin Bakıya səfəri ilə bağlı qərar varm?" sualına “Xeyr” cavabını verib. Nəşr yazıb ki, hökumət bir müddət öncə BMT-nin Azərbaycanda keçiriləcək böyük tədbirində iştirak etmək üçün dəvət alıb. Ermənistanın baş naziri Nikol Paşinyan isə bildirib ki, belə bir mühüm tədbirdə iştirakla bağlı hələlik qərar verilməyib.

Öz növbəsində, Baş Nazir Aparatının rəhbəri Arayik Arutyunyan da qeyd edib ki, Bakıya getməklə bağlı qərara sülh müqaviləsi çərçivəsində ciddi irəliləyişlərin əldə olunması da daxil olmaqla, bir çox məsələlər təsir edə bilər.
Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti