Məşhur azərbaycanlı avtoritet həbs edildi

Məşhur azərbaycanlı avtoritet həbs edildi
  15 İyul 2014    Oxunub:1326
Gəncəli “qanuni oğru”, 33 yaşlı Əli Heydərov Rusiyanın Sankt-Peterburq şəhərində tutulub.
AzVision.az-ın Anspress-ə istinadən verdiyi məlumata görə, Alik Rıjiy və ya Albert Gəncinskiy kimi də tanınan Əli Heydərova qarşı cinayət işi keçən ilin aprel ayından qaldırılıb.

O, 2012-ci ildə Arxangelsk şəhərindən Sankt-Peterburqa gəlib və orada Ded Hasanın tövsiyyəsi ilə ona “qanuni oğru” adı verilib. O, Rusiyaya 1996-cı ildə Gəncədən gedib.

Əli Heydərov Sankt-Peterburqda ucuz “Cip” satışı adı altında müştəriləri cəlb edərək qarət edən cinayət qruplaşmasına rəhbərlik edib.

Qeyd edək ki, Ə.Heydəriv bu yaxınlarda Türkiyənin Ədirnə şəhərində mafialar arasında baş verən qarşıdurmanın əsas iştirakçılarından hesab edilirdi.



Teqlər:





Xəbər lenti