Futbolçunun atasını diri-diri yandırdılar

Futbolçunun atasını diri-diri yandırdılar
  15 İyul 2014    Oxunub:960
Tanınmış kamerunlu futbolçunun atası qətlə yetirilib.

AzVision.az-ın lent.az-a istinadən verdiyi məlumata görə, bu il Braziliyada keçirilən dünya çempionatında bütün oyunlarda məğlub olan Kamerun millisinin ikinci kapitanı olan Nicolas Kolounun atası öldürülüb. Futbolçunun atasının Akonqo Kolounun cəsədi ölkənin cənubundakı Mfou qəsəbəsindəki evində aşkarlanıb. onun yandırılaraq öldürüldüyü bildirilir.

Məlumatı Franss Press yayıb.

Bu arada Fransa mediası tanınmış futbolçunun atasının qətlinə oğlunun çıxış etdiyi futbol yığmasının Braziliyada uğursuz çıxışının səbəb olduğunu iddia edib.

Hadisənin hansı qruplaşma tərəfindən törədilməsi hələlik məlum deyil.



Teqlər:  





Xəbər lenti