Ərdoğan rəqibinin pulunu geri qaytardı

Ərdoğan rəqibinin pulunu geri qaytardı
  15 İyul 2014    Oxunub:1098
Türkiyənin baş naziri, prezidenliyə namizəd Rəcəb Tayyib Ərdoğan müxalifətin namizədi Ekmələddin İhsanoğlunun onun hesabına köçürdüyü pulu geri qaytarıb.
AzVision.az xəbər verir ki, bu barədə Ərdoğanın vəkili Əli Özkaya məlumat verib.

Bildirib ki, R.Ərdoğanın seçki kampaniyasına dəstək üçün açılan bank hesabına E.İhsanoğlundan daxil olan min liralıq ianə geri qaytarılıb.

“Cənab baş nazirin göstərişi ilə prezident seçkiləri ilə bağlı dəstək kampaniyasına göndərilən bu vəsait təşəkkür edilərək hörmətli İhsanoğluna qaytarılıb”.

AzVision.az



Teqlər:





Xəbər lenti