Braziliyada atışma: 5 ölü

Braziliyada atışma: 5 ölü
  14 İyul 2014    Oxunub:753
Braziliyanın San-Paulu ştatında naməlum şəxs ətrafdakı insanlara atəş açmağa başlayıb.
AzVision.az “Frans Press” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində beş nəfər öldürülüb.

Polisin məlumatına görə, naməlum şəxs biznes mərkəzə avtomobillə gələrək burdakı şəxslərə atəş açıb.

Hadisə nəticəsində beş nəfər ölüb, dörd nəfər isə yaralanıb.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti