Rusiya Ukraynaya zərbə endirəcək

Rusiya Ukraynaya zərbə endirəcək
  14 İyul 2014    Oxunub:925
“Hədəf konret mövqelərdir”.
Rəsmi Moskva, Rusiya ərazilərini atəşə tutmağa davam edəcəyi təqdirdə Ukrayna ordusuna “dəqiq cavab zərbəsi” endirilməsi məsələsinə baxır. Bu barədə “Kommersant” Kremldəki mənbəyə istinadla xəbər verir.

Kremldəki mənbədən verilən məlumata görə, “Rusiya hökuməti atəşin haradan açıldığını yaxşı bilir”.

“Bizim səbrimizin də bir sərhədi var”- deyə Kreml təmsilçisi bildirib. Bununla yanaşı o, əlavə edib ki, “söhbət irimiqyaslı əməliyyatlardan yox, Rusiya ərazilərinə atəş açan konkret hədəflərin vurulmasından gedir”.

Bir müddət əvvəl Federasiya Şurasının vitse-spikeri Yevqeniy Buşmin də Ukraynaya konkret zərbələr endirilməsi təklifi ilə çıxış etmişdi. “Qarşı tərəf bilməlidir ki, Rusiyaya qarşı istənilən hücum cavabsız qalmayacaq” – o demişdi.

Qeyd edək ki, iyulun 13-də Rostov rəhbərliyindən verilən məlumata görə Ukrayna ərazisindən atılan snaryad yaşayış evinə düşüb.

Səbinə Həsənova


Teqlər:





Xəbər lenti