Argentinada iğtişaşlar başladı

Argentinada iğtişaşlar başladı
  14 İyul 2014    Oxunub:915
Braziliyada keçirilən futbol üzrə Dünya Çempionatının finalında Argentina millisinin məğlub olmasından olmasından sonra ölkə paytaxtı Buenos-Ayresdə iğtişaşlar başlayıb.
Bu barədə AzVision.az “Frans Press” agentliyinə istinadən xəbər verir.

Polislə baş verən toqquşmalar nəticəsində yeddi nəfər yaralanıb, 40-dan çox etirazçı isə hüquq-mühafizə oqranları əməkdaşları tərəfindən saxlanılıb. Polis etirazçılara qarşı su şırnaqları və gözyaşardıcı qazdan istifadə edib.

Qeyd edək ki, italiyalı baş hakim Nikola Rizzolinin idarə etdiyi Almaniya – Argentina oyunun əsas vaxtında hesab açılmayıb. Qalib matça əlavə olunmuş 30 dəqiqədə müəyyənləşib. Görüşün 113-cü dəqiqəsində almaniyalı futbolçu Mario Götze hesabı açıb.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti