İŞİD liderinin ailəsi əsir düşüb

İŞİD liderinin ailəsi əsir düşüb
  14 İyul 2014    Oxunub:888
İŞİD lideri, özünü xəlifə elan etmiş Əbu Bəki Bağdadinin ailəsinin görüntüləri yayılıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, onun həyat yoldaşı Sica Həmid Diləmi və uşaqları Suriyada əsir götürülüb və 12 rahibənin əvəzində azadlığa buraxılıb.

Belə ki, keçən il Suriyanın paytaxtı Dəməşqdə Bəşər Əsədə qarşı vuruşan radikal qruplaşmaların qaçırdığı 12 rahibi Suriya həbsxanalarındakı 150 nəfərin əvəzində azadlığa buraxılmışdı. Bu, rahibələri qaçıran radikal qruplaşmanın İŞİD-lə bağlı olduğu barədə iddiaları da artırıb.

Rahibələrin əvəzində azadlığa buraxılanlar arasında Bağdadinin həyat yoldaşı və uşaqları ilə yanaşı bacısının da olduğu bildirilir. Yayılan videogörüntülərdə isə Bağdadinin həyat yoldaşı Diləmiyə bir o qədər də bənzəmədiyi bildirilən foto da yer alıb.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti