Parlamentarilər razılığa gələ bilmədi

Parlamentarilər razılığa gələ bilmədi
  14 İyul 2014    Oxunub:876
İraq parlamenti bu günə təyin olunan iclasını iyulun 15-ə təxirə salıb.
30 dəqiqə çəkən iclasda deputatlar parlamentin spikeri, baş naziri və ölkə prezidenti vəzifələrinə namizədlərin irəli sürülməsi məsələsində razılığa gələ bilməyiblər.

Yeni seçilmiş İraq parlamentinin qarşısında bu üç təyinata namizədlərin irəli sürülməsi vəzifə kimi durur.

Aprelin 30-da İraqda keçirilmiş parlament seçkilərində baş nazir Nuri al-Malikinin rəhbərliyi ilə şiə koalisiyası qalib gəlmişdi.


Teqlər:





Xəbər lenti