Şevardnadze ilə son vida

Şevardnadze ilə son vida
  13 İyul 2014    Oxunub:936
Gürcüstanın mərhum prezidenti Eduard Şevardnadze ilə vida mərasimi sona çatıb.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, eks prezidentin vida mərasimində 28 ölkədən gələn qonaqlar iştirak edib. Mərhum prezident Eduard Şevardnadze yaşadığı Krtsanis iqamətgahında dəfn olunub.



Qeyd edək ki, Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze bu gün vəfat edib. E.Şevardnadze Tiflisdəki evində dünyasını dəyişib.

1928-ci il yanvarın 25-də anadan olub. 1972-1985-ci illərdə Gürcüstan KP MK-nın birinci katibi, 1985-1990-cı illərdə SSRİ-nin xarici işlər naziri olub.

1995-2003-cü illərdə Gürcüstan Respublikasının prezidenti olub.

2003-cü ildən sonra özünün Tiflisdəki evində yaşayıb. O, Mixail Saakaşvilinin siyasətini tənqid edib. "Gürcü arzusu" koalisiyasının siyasətini dəstəkləyib.

2006-cı ildə gürcü dilində onun "Gələcək və keçmiş haqqında düşüncələr" adlı memuarları dərc edilib.




Teqlər:  





Xəbər lenti