7 ildə 4 dəfə Azərbaycana gələn prezident

7 ildə 4 dəfə Azərbaycana gələn prezident
  12 İyul 2014    Oxunub:958
Fəaliyyət müddətinin başa çatmasına iki ay qalan Türkiyə prezidenti Abdulla Gül 7 illik prezident fəaliyyəti dövründə 71 ölkəyə rəsmi səfər edib.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, A.Güı prezident kimi ilk rəsmi səfərini Azərbaycana, sonuncu səfərini isə oğlunun məzun günündə iştirak etmək üçün Amerikaya edib.

71 ölkəyə rəsmi səfər edən Abdulla Gülün ən çox getdiyi ölkələr ABŞ, Türkmənistan, Misir, Səudiyyə Ərəbistanı, Qazaxıstan, Fransa, Almaniya, Azərbaycan, Küveyt və Qırğızıstan olub.

ABŞ, Türkmənistanvə Misirə 6 dəfə səfər edən Gülün baş çəkdiyi digər ölkələrin siyahısı belədir: Səudiyyə Ərəbistanı (5), Qazaxıstan (5), Fransa (5), Almaniya (4), Azərbaycan (4), Küveyt (3), Qırğızıstan (3), Gürcüstan (2), Avstriya (2), İngiltərə (2), Serbiya (2), Suriya (2), Çexiya (2), Ruminya (2), Bolqarıstan (2) və s.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti