Fikrət Məmmədovdan yeni rəis təyinatları

Fikrət Məmmədovdan yeni rəis təyinatları
  12 İyul 2014    Oxunub:2166
Ədliyyə naziri, birinci dərəcəli dövlət ədliyyə müşaviri cənab Fikrət Məmmədov Penitensiar xidmətinin bir sıra əməkdaşlarını qəbul edərək, onların müvafiq rəhbər vəzifələrə təyin olunmaları barədə əmr imzalayıb.

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, Ədliyyə polkovnik-leytenantı Məmmədov Rauf Nəsrulla oğlu 12 saylı cəzaçəkmə müəssisəsinin, ədliyyə polkovnik-leytenantı Şirinov Vəli Güləli oğlu 15 saylı cəzaçəkmə müəssissəsinin, ədliyyə mayoru Elnur Nazim oğlu İsmayılov 3 saylı İstintaq təcridxanasının rəisləri vəzifəsinə, ədliyyə mayoru Əliyev Cəlil Misir oğlu 17 saylı cəzaçəkmə müəssisəsinin, ədliyyə polkovnik-leytenantı Aslanov Qaçay Əvəz oğlu 12 saylı cəzaçəkmə müəssisəsinin rəis müavinləri vəzifələrinə təyin olunub.

Ədliyyə mayoru Novruzov Vüqar Əlihüseyn oğlu isə Şəki Penitensiar müəssisəsinin Mühafizə taborunun komandiri təyin edilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti