“Anamı görmək istəyirəm” – Prezidentin nəvəsi

“Anamı görmək istəyirəm” – Prezidentin nəvəsi
  12 İyul 2014    Oxunub:1445
Özbəkistan prezidenti İslam Kərimovun nəvəsi anası Gülnarə Kərimovanın sağ olmasının sübuta yetirilməsini xahiş edib.
Nəvə İslam Kərimov bildirib ki, o, anasından hələ də heç bir xəbər ala bilmir.

“Anamı “ev dustaqlığı”nda saxlayan şəxslərdən xahiş etmişəm ki, heç olmasa onun şəkil və ya videosunu mənə göstərsinlər. İstəyirəm görüm ki, anam sağdır və hər şey aydasındadır”, deyə Gülnarə Kərimovanın oğlu bildirib.

Qeyd edək ki, Özbəkistan prezidentinin qızı Gülnarə Kərimovadan bu ilin əvvəlindən xəbər yoxdur. Özbəkistan mətbuatında Gülnarə Kərimovanın ölüm xəbəri də yayılmışdı.(Ans)


Teqlər:





Xəbər lenti