İtaliya prezidentini gözləyir

İtaliya prezidentini gözləyir
  19 Aprel 2013    Oxunub:1169
İtaliyada prezidentliyə namizədlərin təsdiqlənməsi ilə bağlı parlamentdə səsvermənin ilk mərhələsi nəticəsiz başa çatıb
İtaliyada prezidentliyə namizədlərin təsdiqlənməsi ilə bağlı parlamentdə keçirilən səsvermənin ilk və ikinci mərhələsi nəticəsiz başa çatıb. Parlament seçkisinin qalibi olan iki partiyanın-demokratların və sağ mərkəzçilərin favoriti sayılan keçmiş spiker Franko Marini qanunvericilərin dəstəyini qazana bilməyib. Namizədlərdən heç biri səslərin üçdə ikisini toplamayıb.

Bu gün parlament dövlət başçısının müəyyən etmək üçün 3-cü dəfə cəhd edəcək. Lakin 4-cü cəhd də istisna edilmir.

Qeyd edək ki, əgər 3-cü mərhələdə də lazımi səs faizi toplanmasa, 4-cü mərhələdə sadə səs çoxluğu qazanan namizəd qalib gələcək. Bu isə Marinin namizədliyini dəstəkləyən sol mərkəzçi koalisiyasının lideri Pyer Luici Bersani və sağ mərkəzçilərin başçısı Silvio Berluskoninin ürəyincə olacaq. Lakin onların yeni namizəd irəli sürəcəkləri də ehtimal edilir.

Səsvermələrin davam etdiyi bir vaxtda sol mərkəzçi Demokratiya partiyasının tərəfdarları Parlament binası qarşısında aksiyası keçiriblər. Aksiya iştirakçıları Franko Marininin namizədliyinə etiraz edirlər və Bersani siyasi qüvvəsini Stefano Rodotuya səs verməyə çağırırlar.

Qeyd edək ki, Hazırkı prezident Corcio Napolitanonun səlahiyyət müddəti mayın 15-də başa çatır.

Səbinə Həsənova
AzVision.az



Teqlər:





Xəbər lenti