Türkiyədə yeni mədən qəzası: ölənlər var

Türkiyədə yeni mədən qəzası: ölənlər var
  12 İyul 2014    Oxunub:942
Türkiyənin Balıkesir bölgəsində mədən qəzası baş verib.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza nəticəsində 2 işçi həlak olub, 2 nəfər isə yaralanıb.

Yerli vaxtla saat 21:00-da baş verən qəzada ölənlərin şəxsiyyəti məlum olub. Onlar 35 yaşlı Mehmet Tunç və 32 yaşlı Ramazan Barançdır.

Türkiyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə göndərilib.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti