Kərkükdə partlayışlar: 28 ölü

Kərkükdə partlayışlar: 28 ölü
  12 İyul 2014    Oxunub:1002
İraqın Kərkük şəhərində partlayışlar törədilib.
Bu barədə AzVision.az “Frans Press” agentliyinə istinadən xəbər verir.

İlkin məlumatlara görə, törədilən terror aktları nəticəsində 28 nəfər ölüb, 25 nəfər isə yaralanıb. Yaralıların vəziyyəti ağır olduğundan ölənlərin sayının artacağı istisna edilmir.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti