Kerri erməniləri hiddətləndirib

Kerri erməniləri hiddətləndirib
  19 Aprel 2013    Oxunub:1365
ABŞ Dövlət katibi Con Kerrinin Qarabağ münaqişəsinin həllində Türkiyənin rolunu qabartması erməni icmasını hiddətləndirib.
“Kerrinin Qarabağa münaqişəsinin həllində Türkiyənin rolu ilə bağlı söylədikləri alovu körükləməkdən başqa bir şey deyil. Türkiyədə günü-gündən artan anti-erməni təbliğatına baxmayaraq Xarici Əlaqələr Komitəsi qarşısında çıxışı zamanı Kerri rəsmi Ankaranın dondurulmuş münaqişənin həllində “konstruktiv” rol oynaya biləcəyini deyib. Bu qəbuledilməzdir.”,-deyə Amerika Ermənilərinin Milli Konqresinin rəhbəri Aram Amparyan bildirib.

Qeyd edək ki, ötən gün Konqresin Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsində Dövlət Departamentinin 2014-cü il büdcəsinin müzakirəsində çıxış edən dövlət katibi: “Türkiyə Yaxın Şərq sülh prosesinə dəstək vəd edir. Türkiyə iki dondurulmuş münaqişə olan Dağlıq Qarabağ və Kipr problemlərini həllinə kömək etmək üçün bizimlə müzakirə aparır. Türkiyənin bu məsələlərdə konstruktiv rol oynayacağını düşünürəm” deyə bildirib.



Teqlər:  





Xəbər lenti