Ohanyan qorxuya düşdü

Ohanyan qorxuya düşdü
  12 İyul 2014    Oxunub:945
“Verəcəyimiz torpaqlar əvəzində alacaqlarımız aydın olmalıdır”
Xocalı soyqırımının əsas cəlladlarından olan erməni müdafiə naziri Seyran Ohanyan həmişə müharibə ritorikası ilə danışsa da son günlər Qarabağı Azərbaycana qaytara biləcəklərinə işarə vurub.

Bu günlərdə İrəvanda jurnalistlərin qarşısında çıxış edən Ohanyan əvvəlcə yenə də müharibə ritorikasında danışıb və erməni torpağının “hər qarışı uğrunda döyüşəcəklərini” iddia edib.

Amma erməni nazirin sonrakı sözləri bunun tam əksinə olub və Ermənistan ordusunun işğal etdiyi ərazilərdən çıxa biləcəyinə işarə vurub. O, bunun dialoq mövzusu olduğunu söyləyib: “Tərəflər arasında dialoq elə səviyyəyə çatmalıdır ki, verəcəyimiz torpaqlar əvəzində nə alacağımız aydın olsun”. (Ans)


Teqlər:





Xəbər lenti