Erməni əsgər öldürüldü

Erməni əsgər öldürüldü
  12 İyul 2014    Oxunub:907
Bu gün saat 15 radələrində Azərbaycanın Fizuli rayonu ərazisində Ermənistan ordusunun əsgəri, 1994-cü il təvəllüdlü Movses Norayroviç Qasparyan həlak olub.
Ermənistan tərəfi onun döyüş tapşırığını yerinə yetirərkən aldığı güllə yarasından həlak olduğu bildirilir. Amma erməni əsgərin kim tərəfindən öldürülməsi bildirilmir. Bu barədə istintaq aparıldığı deyilir. Bu, Movses Norayroviç Qasparyanın xidmət yoldaşları tərəfindən vurulduğunu ehtimal etməyə imkan verir.

Ermənistan tərəfi həm də həlak olmuş əsgərin hansı rayondan orduya çağırıldığını bildirmir. Yəni bununla da Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisini işğal etməsi faktını gizlətməyə çalışır.(ans)


Teqlər:





Xəbər lenti