Məmmədyarov Norveç səfirini qəbul edib

Məmmədyarov Norveç səfirini qəbul edib
  11 İyul 2014    Oxunub:788
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Norveç Krallığının ölkəmizdəki səfiri Erlinq Şönsberqi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, E.Məmmədyarov E.Şönsberqə Azərbaycanla Norveç arasında dostluq və əməkdaşlığın gücləndirilməsinə verdiyi töhfələrə görə təşəkkür edib.

Səfir diplomatik fəaliyyətinin həyata keçirilməsi üçün göstərilmiş dəstəyə görə Azərbaycana təşəkkür edərək, ölkəmizdən ən xoş təəssüratlarla ayrıldığını söyləyib.

Nazir səfirə gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti