Boston terrorçuları bəlli oldu- VİDEO

Boston terrorçuları bəlli oldu- VİDEO
  19 Aprel 2013    Oxunub:1204
Amerikanın xüsusi xidmət orqanı iki şübhəlinin şəkillərini və video görüntülərini yayıb.
Amerikanın xüsusi xidmət orqanı Boston Marafonunun sonunda partlayış törətdiyi güman edilən iki şübhəlinin şəkillərini və müşahidə kameralırının qeydə aldığı video görüntülərini yayıb.

Onların hər ikisinin çiynində ryükzak olub. Onlardan biri çiynindəki çantanı restoranla üzbəüz yerə qoyub. Məhz həmin yerdə ikinci partlayış baş vermişdi. Kadrlar araşdırmalarla bağlı keçirilən mətbuat konfransında yayımlanıb.

ABŞ kəşfiyyat nümayəndəsinin sözlərinə görə həmin şəxslər silahlı və olduqca təhlükəli ola bilər. Odur ki, ABŞ hökuməti həmin şəxslər barədə məlumat olan şəxslərdən polisə xəbər vermələrini xahiş edib. Araşdırmalar davam edir.

Xatırladaq ki, terror hadisəsi nəticəsində biri 8 yaşlı uşaq olmaqla 3 nəfər ölüb. 180 nəfər yaralanıb.




Teqlər:  





Xəbər lenti