Merkel ABŞ-dan üz döndərdi

Merkel ABŞ-dan üz döndərdi
  11 İyul 2014    Oxunub:961
Federal Kansler İdarəsi Almaniya Xarici Kəşfiiyat İdarəsi və Müdafiə Nazirliyinə amerikalı həmkarları ilə əməkdaşlığını məhdudlaşdırmaq barədə tapşırıq verib.
AzVision.az-ın məlumatına görə, bu barədə Almaniyanın “Bild” qəzeti təhlükəsizlik sahəsində olan mənbələrə istinadən xəbər verir.

Məlumata əsasən, kanselyari Almaniyanın bütün Kəşfiyyat İdarələrinə amerikalı həmkarları ilə əməkdaşlığı minumuma qədər endirmək tapşırığı verib. Bu son günlər Almaniyada böyük səs-küy doğuran casus qalmaqalı fonunda baş verib. Qeyd edək ki, ötənhəftə Almaniya Kəşfiyyat İdarəsinin ABŞ-ın xeyrinə casusluq etməkdə şübhəli bilinən əməkdaşı həbs olunub. Almaniya müdafiə nazirliyin əməkdaşı olan ikinci şəxsi isə hələ də azadlıqdadır.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti