Assosiasiya rəhbəri: “Deputat adını qazanacaq şəxslərin üzərinə böyük məsuliyyət düşür”

   Assosiasiya rəhbəri:    “Deputat adını qazanacaq şəxslərin üzərinə böyük məsuliyyət düşür”
  22 Avqust 2024    Oxunub:1058
“Qloballaşan dünya və artan rəqabət şəraitində Azərbaycanda keçirilən parlament seçkiləri olduqca əhəmiyyətlidir”.
Bu fikri "Seçki 2024"Müstəqil Media Mərkəzinə açıqlamasında “Azərbaycan Françayzinq Assosiasiyası”nın (AFA) İdarə Heyətinin sədri Camid Mövsümov deyib.

O qeyd edib ki, 44 günlük Vətən müharibəsində əldə olunmuş Şanlı Zəfər Azərbaycan üçün yeni bir gələcək vəd edir:

“Bu mənada, senyabr ayının 1 -də baş tutacaq seçkilər Azərbaycanın hər bir vətəndaşı üçün olduqca əhəmiyyətlidir. Seçkilərdə deputat adını qazanacaq şəxslərin üzərinə böyük məsuliyyət düşür. Çünki onlar Böyük Qayıdış proqramının bir parçasına çevriləcək, xalqın bu yolda ən böyük dəstəkçilərdən biri olacaqlar”.
AzVision.az



Teqlər: Seçki  





Xəbər lenti