İsrail yenidən Qəzzanı vurdu

İsrail yenidən Qəzzanı vurdu
  11 İyul 2014    Oxunub:889
İsrail Hərbi Hava Qüvvələri Qəzza sektoruna aviazərbələr endirib. Bu barədə AzVision.az “Frans Press” agentliyinə istinadən xəbər verir.

Aviazərbələr nəticəsində beş fələstinli öldürülüb, bir neçə nəfər isə yaralanıb. Yaralıların vəziyyətio ağır olduğundan ölənlərin sayının artacağı istisna edilmir.

Qeyd edək ki, iyulun 8-də İsrail ordusu HƏMAS qruplaşmasına qarşı “Sarsılmaz Qaya” adlı hərbi əməliyyatın keçildiyini elan edib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti