Putin siyasətdən yox, futboldan danışdı

Putin siyasətdən yox, futboldan danışdı
  11 İyul 2014    Oxunub:842
Rusiya prezidenti Vladimir Putin Braziliyada keçirilən Dünya Çempionatında Rusiya millisinin oyununu “ləyaqətli” adlandırıb.
AzVision.az-ın məlumatına görə, bu barədə Rusiya prezidenti Latın Amerika KİV-nə müsahibəsində bildirib.

“İş qrafiki imkan verdikcə Dünya Çempionatını izləməyə çalışıram. Latın Amerika yığmaları parlaq və rəngarən futbol nümayiş etdiriblər. Təəssüflər olsun ki, bizim millimiz qrup mərhələsində çıxışını başa vurub, lakin mənim fikrimcə, onlar “ləyaqətli” oyun nümayiş etdiriblər” – deyə, Putin bildirib.

Rusiya lideri, o cümlədən Dünya Çempionatının Rio de Janeyroda keçiriləcək finalına da qatılacağını təsdiqləyib: “Braziliya və FİFA prezidentlərinin dəvəti ilə mən çempionatının finalında iştirak edəcəyəm”.

Putin, həmçinin bəyan edib ki, 2018-ci il Dünya Çempionatı ərzində Rusiyaya vizasız daxil ola biləcəklər. Prezident vurğulayıb ki, bu cür prezident Dünya Çempionatları tarixində olmayıb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti