Mahmud Abbas Türkiyəyə gedir

Mahmud Abbas Türkiyəyə gedir
  19 Aprel 2013    Oxunub:1398
Fələstin muxtariyyətinin prezidenti Mahmud Abbas Türkiyəyə səfər edəcək.
O, Ankarada Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan və Xarici İşlər naziri Əhməd Davudoğlu ilə bir araya gələcək.

Görüşdə İsrail-Fələstin münasibətləri, muxtariyyətdə hazırki vəziyyət, Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Con Kerrinin Yaxın Şərq səfəri və İsrailin "Mavi Mərmərə" hadisəsinə görə Türkiyədən üzr istəməsi geniş müzakirə olunacaq.

Mahmud Abbas məhz bu üzrxahlıqdan sonra Türkiyənin Yaxın Şərq münaqişəsiylə bağlı mövqeyini öyrənməyə çalışacaq.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti