Qəzzada qətliam davam edir: 75 ölü

Qəzzada qətliam davam edir: 75 ölü
  10 İyul 2014    Oxunub:922
İsrail Hərbi hava Qüvvələri Qəzzada “İslami Cihad” qruplaşmasının üç üzvünü öldürüb.
AzVision.az-ın Qərb KİV-nə istinadən verdiyi məlumata görə, bununla da İsrail tərəfindən başladılan hərbi əməliyyatlar nəticəsində ölən fələstinlilərin sayı 75-ə çatıb.

“Ümumilikdə, İsrail hərbçilərinin Qəzzaya hücumu nəticəsində hücumu nəticəsində 75 insan öldürülüb, 530-dan çox insan yaralanıb” – deyə, yerli Səhiyyə nazirliyinin rəsmisi bildirib.

Qeyd edək ki, iyulun 8-də İsrail ordusu HƏMAS qruplaşmasına qarşı “Sarsılmaz Qaya” adlı hərbi əməliyyatın keçildiiyini elan edib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti