Kannda Azərbaycan günləri FOTOLARDA

Kannda Azərbaycan günləri FOTOLARDA
  10 İyul 2014    Oxunub:1437
Fransanın Kann şəhərində “Azərbaycan mədəniyyəti günləri” keçirilir. İyulun 9-da “Bakı-Avropa Oyunları-2015”in təntənəli təqdimatı olub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib.


“Bakı - Avropa Oyunları – 2015”in təntənəli təqdimat mərasiminin aparıcısı Azərbaycan, ölkəmizin tarixi və mədəniyyəti haqqında mərasim iştirakçılarına məlumat verib.

Tədbirdə çıxış edən Kann şəhərinin meri Devid Lisnard Qafqazın mirvarisi olan Azərbaycan ilə Aralıq dənizinin mirvarisi olan Kann şəhəri arasında dostluq əlaqələrinin getdikcə inkişaf etdiyini bildirib. Mer deyib ki, artıq ikinci dəfədir ki, Kannda Azərbaycan mədəniyyət günləri təşkil olunur.

Azərbaycanın birinci xanımı, birinci Avropa oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mərasimdə çıxış edib.

Birinci xanımın çıxışından sonra mərasimdə “Bakı - 2015 Avropa oyunları”na həsr olunan video təqdimat olub. Burada ötən dövrdə görülən işlər, tikilən idman obyektləri, Avropa oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın rəhbərliyi ilə keçirilən toplantılar barədə geniş məlumat verilib.

Fransa Olimpiya və İdman Komitəsinin prezidenti Deni Masseqliya 2015 - ci ildə ilk Avropa oyunlarının Azərbaycanda keçirilməsini böyük hadisə adlandırıb. O, bununla bağlı görülən işləri yüksək qiymətləndirərək vurğulayıb ki, Avropa oyunlarına hazırlıq işləri yüksək səviyyədə həyata keçirilir.

Sonra “Bakı-2015 Avropa oyunlarının” təqdimatına həsr edilən ziyafət olub. Azərbaycan incəsənət ustaları mərasimdə konsert proqramı ilə çıxış ediblər.

Daha sonra isə Kann şəhərinin məşhur Kruazett bulvarında atəşfəşanlıq olub. Atəşfəşanlıq Azərbaycan bəstəkarlarının musiqisi ilə müşayiət olunub.

Qalereya




Teqlər:  





Xəbər lenti