Rusiyaya qarşı yeni sanksiyalar
Avropalı diplomatların sözlərinə görə, siyahıya daha 11 Rusiya və Ukrayna vətəndaşının adı daxil edilib.
“Siyahı əsasən, ukraynalı separatçılardan ibarətdir. Siyahıya bir və ya iki Rusiya vətəndaşının adı da daxildir” – deyə, diplomatik mənbə bildirib.
Aİ-nin tətbiq etdiyi sanksiyalar siyahısına kimlərin adının daxil edilməsi barədə məlumat yaxın vaxtlarda açıqlanacaq. Böyük ehtimalla Aİ-nin bu qərarı şənbə günündən etibarən qüvvəyə minəcək.
Eldar Tanrıverdiyev