İŞİD İraqa qan uddurur: 53 ölü

İŞİD İraqa qan uddurur: 53 ölü
  09 İyul 2014    Oxunub:819
İraq polisi paytaxt Bağdad yaxınlığında 53 kişi meyiti aşkarlayıb.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.
Naməlum şəxslərin meyiti Bağdaddan cənubda yerləşən Əl-Həmzə şəhərində aşkarlanıb.

Polisin məlumatına görə, onlar bir həftə əvvəl, baş və sinə nahiyyələrinə açılan atəş nəticəsində öldürülüb. Onların şəxsiyyət və ölüm səbəbləri araşdırılır. Versiyalardan birinə əsasən bu şəxslər İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatının yaraqlıları tərəfindən öldürülüb.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti