SOCAR Soma “qurban”ına iş verdi

SOCAR  Soma “qurban”ına iş verdi
  09 İyul 2014    Oxunub:816
Türkiyədə baş verən Soma faciəsində 301 mədən işçisinin öldüyü qəza bir neçə səhnə və ifadələrlə insanların yaddında qaldı.
AzVison.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “ayaqqabılarımı çıxardım xərək çirklənməsin” ifadəsi ilə hər kəsi təsirləndirən Murad Yalçına Azərbaycan Respublikası Dövlət Neft Şirkəti iş təklifi edib.

SOCAR-ın Türkiyədəki rəhbəri Kenan Yavuz bildirib ki, artıq bununla bağlı ona iş təklifi edib: “Ayaqqabımı çıxardımmı sözləri ilə hər kəsi təsirləndirən M.Yalçına dünən iş təklifi etdim”-deyə, K.Yavuz əlavə edib.

Sevinc


Teqlər:  





Xəbər lenti