İraq İŞİD-a görə kömək istədi

İraq İŞİD-a görə kömək istədi
  09 İyul 2014    Oxunub:952
İraq hökuməti İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatı ilə bağlı BMT və BMT Təhülkəsizlik Şurasına məktub ünvanlayıb.
AzVision.az Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, müraciətdə İŞİD-ın kimyəvi silahlar anbarını ələ keçirdiyi bildirilir.

İraqın BMT-dəki daimi nümayəndəsi Məhəmməd Əli əl Hakim tərəfindən BMT baş katibi Pan Gi Muna təqdim olunan məktubda İŞİD yaraqlılarının iyunun 11-də Bağdad yaxınlarında kimyəvi silahları ələ keçirdikləri qeyd olunur.

Məlumata əsasən, Səddam Hüseyn rejimi vaxtlarından qalan kimyəvi silah anbarlarında aralarında zarin qazının da olduğu xeyli sayda kimyəvi maddələr var.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti