Obama Morninqstara əvəz tapdı

Obama Morninqstara əvəz tapdı
  09 İyul 2014    Oxunub:872
İyulun 8-də Ağ Ev elan edib ki, Azərbaycana növbəti ABŞ səfiri olaraq Robert Frensis Çekutanın namizədliyini irəli sürmək niyyətindədir.
AzVision.az Azadlıq Radiosuna istinadən xəbər verir ki, Çekuta hazırda Dövlət katibinin enerji məsələləri üzrə köməkçisinin böyük müavini işləyir. O, əvvəllər ABŞ-ın Əfqanıstan, Yaponiya və Almaniyadakı səfirliklərində müxtəlif vəzifələrdə çalışıb.

2012-ci ilin iyunundan ABŞ-ın Azərbaycandakı səfiri olan Robert Morningstarın səlahiyyət müddəti bu yay başa çatır.

Çekuta-nın namizədliyini ABŞ Senatının təsdiqləməsi lazımdır.

AzVision.az


Teqlər:  





Xəbər lenti