Şevarnadze iqamətgahda dəfn olunacaq

Şevarnadze iqamətgahda dəfn olunacaq
  09 İyul 2014    Oxunub:900
Gürcüstanın mərhum prezidenti Eduard Şevardnadze yaşadığı Krtsanis iqamətgahında dəfn olunacaq.
Sabiq prezident həyat yoldaşının məzarının yanında torpağa tapşırılacaq.

Qeyd edək ki, Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze bu gün vəfat edib. E.Şevardnadze Tiflisdəki evində dünyasını dəyişib.

1928-ci il yanvarın 25-də anadan olub. 1972-1985-ci illərdə Gürcüstan KP MK-nın birinci katibi, 1985-1990-cı illərdə SSRİ-nin xarici işlər naziri olub.

1995-2003-cü illərdə Gürcüstan Respublikasının prezidenti olub.

2003-cü ildən sonra özünün Tiflisdəki evində yaşayıb. O, Mixail Saakaşvilinin siyasətini tənqid edib. "Gürcü arzusu" koalisiyasının siyasətini dəstəkləyib.

2006-cı ildə gürcü dilində onun "Gələcək və keçmiş haqqında düşüncələr" adlı memuarları dərc edilib.


Teqlər:  





Xəbər lenti