Ukraynada üç nəfər azərbaycanlı girov götürülüb
R. Uğurluyev digər iki Azərbaycan vətəndaşının isə hələ də girovluqda olduqlarını söyləyib: “Onları şəhərin mərkəzində tutublar. Özləri ilə döyüşmək üçün adam yığırmışlar. Azərbaycanlılar dərhal təklifdən imtina edib qaçmaq istəyiblər. Lakin onları yaralayıblar və özləri ilə aparıblar. Hələ də bir xəbər ala bilmirik”.
R. Uğurluyev qeyd edib ki, hadisə barədə Ukrayna xüsusi xidmət orqanları və digər güc strukturları məlumatlandırılıb. Azərbaycanlıların azad olunması üçün əməliyyat tədbirləri görülür.
Azərbaycanın Ukraynadakı səfirliyinin konsulluq məsələləri üzrə I katibi Asim Osmanov APA-ya açıqlamasında bildirib ki, hadisə barədə Azərbaycan Daxili İşlər Nazirliyinin səfirlikdəki nümayəndəsi təlimatlandırılacaq və səfirlik adından Ukraynanın aidiyyəti orqanlarına müraciət olunacaq: “Eyni zamanda konqres sədri Rasim Uğurluyevin özü ilə də təhlükəsizliyi baxımından sıx əlaqələr yaradılacaq və müvafiq tədbirlər görüləcək. Tutulan şəxslərlə əlaqədar nəticə əldə olunan kimi, rəsmi məlumat veriləcək”.
Teqlər: