Dörd NATO əsgəri öldürüldü

Dörd NATO əsgəri öldürüldü
  08 İyul 2014    Oxunub:1042
Əfqanıstanda törədilən terror aktı zamanı ən azı 4 NATO əsgəri öldürülüb.
Bu barədə AzVision.az “Frans Press” agentliyinə istinadən xəbər verir.

Hadisə ölkənin şərqində Pərvən vilayətində terrorçunun özünü partlatması nəticəsində baş verib. Hələlik ölən şəxslərin hansı ölkə vətəndaşları olması barədə məlumat verilmir.

Ümumilikdə 16 nəfər terror aktının qurbanı olub. Ölənlər arasında NATO əsgərləri ilə yanaşı iki polis və 10 mülkü vətəndaş da var. Faktla bağlı araşdırmalara başlanılıb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti