Ermənistanın baş naziri yerində qaldı

Ermənistanın baş naziri yerində qaldı
  19 Aprel 2013    Oxunub:1353
Tiqran Sarkisyan yenidən Ermənistanın baş naziri vəzifəsinə təyin ediləcək
Ermənistanın baş naziri vəzifəsinə yenidən Tiqran Sərkisyan təyin ediləcək. Belə ki, Ermənistan prezidenti Serj Sərkisyan hakim Respublika partiyasının iclasında ölkənin baş naziri vəzifəsinə yenidən Tiqran Sərkisyanın namizədliyini irəli sürüb. AzVision.az-ın erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov məlumat verib.

"Prezident Serj Sərkisyan qeyd etdi ki, Tiqran Sərkisyan öz postunda qalacaq" - deyə Şarmazanov jurnalistlərə bildirib.

Konstitusiyasına əsasən, aprelin 9-da Serj Sarqsyanın inauqurasiya günü Tiqran Sərkisyan başda olmaqla Ermənistan hökumət istefaya gedib. Yeni hökumət 20 gündən sonra qurulacaq. Hökumət üzvləri yeni hökumət qurulanadək vəzifələrinin icrasına davam edəcəklər.

Qeyd edək ki, hakim Respublika partiyasının üzvü olan Tiqran Sərkisyan 2009-cu ilin aprel ayından Ermənistan Nazirlər Kabinetinin sədri vəzifəsində çalışır.

Ermənistan prezidenti, həmçinin müdafiə və xarici işlər nazirlərinin də öz vəzifələrini icra etməyə davam edəcəklərini bildirib.

Səbinə Həsənova
AzVision.az



Teqlər:





Xəbər lenti