Soma üçün yığılan pullar - 42 milyon

Soma üçün yığılan pullar - 42 milyon
  08 İyul 2014    Oxunub:986
Türkiyənin Soma şəhərində baş verən mədən faciəsinə görə yardım fonduna 42 milyon 180 min türk lirəsi pul yığılıb.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Hallar Nazirliyi rəsmi məlumat yayıb.

Bildirilir ki, 301 işçinin həlak olduğu Soma kömür mədənindəki bədbəxt hadisəyə görə yardım kampaniyasında 42 milyon 180 min türk lirəsi pul yığılıb. Pulun 800 min lirəsi qısa nömrəyə gələn “SOMA” mesajlarından, 41 milyon 380 min isə birbaşa bank hesablarına köçürülən pullardan əldə olunub.

Nazirliyin açıqlamasında qeyd olunub ki, toplanan pulların hamısı yardım kampaniyası başa çatdıqdan sonra qızada həlak olanların ailələrinə veriləcək.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti