`Gmail`-də yenilik: Azərbaycan dili
AzVision.az-ın məlumatına görə, indiyə qədər “Gmail” 58 dildə fəaliyyət göstərirdi. Lakin bu gün şirkətin rəsmi məlumatında bu dillərin sayının 71-ə çatması barədə məlumat yerləşdirilib.
Siyahıya əlavə edilən dillər siyahısında Azərbaycan dilidə var.
Siyahıya daxil olan yeni dillər siyahısına isə afrikans, erməni, çin (honkqonq), fransız (Kanada), gürcü, khmer, laos, monqol, nepal, qalis,sinqal və zulu dilləri daxildir.
İstifadəçilər yeni əlavə olunan dilləri bu gündən etibarən “Gmail”-in web və smartfonlar üçün olan tətbiqlərində öz poçtlarına əlavə edə bilərlər.
Eldar Tanrıverdiyev