ABŞ Ermənistanı elektriklə vuracaq
- Bununla bağlı saziş yanvarda imzalanıb, lakin bu, hələ yekun saziş deyil. Çünki hələ müəyyən addımlar atılmalıdır. Lakin biz sazişin həyata keçirləcəyini gözləyirik və bu, daha bir siqnal olacaq. Əgər bu saziş imzalanmasa, bu, Qərb investorları üçün çox ciddi bir siqnal olacaq,– deyə ABŞ səfiri bildirib.
O, həmçinin qeyd edib ki, bu addım belə böyük sazişlərin həyata keçirilməsi məsələlərində Ermənistanın imkan və qabiliyyətini nümayiş etdirəcək.
“Vorotan SES” QSC-nin ABŞ şirkətləri tərəfin alınması ilə bağlı saziş Ermənistan müxalifəti tərəfindən müsbət qarşılanmayıb. Ermənistan parlamentinin müxalif “Erməni Milli Konqresi” partiyasından olan deputatı Aram Mankunyan sazişdə xeyli pozuntu aşkarlayıb. Ermənistanın sabiq prezidenti Robert Koçaryan da sazişi tənqid edərək bildirib ki, nə qədər gec deyil, sazişə yenidən baxılmalı və ya ondan birdəfəlik imtina olunmalıdır: “Stansiyanın satışında yeganə müsbət məqam Ermənistan energetika sektoruna Amerika şirkətinin cəlb olunmasıdır. Yerdə qalan heç nə adi məntiqə belə sığmır. Faktik olaraq, “Vorotan SES” QSC-nin bütün energetika obyektləri sanki ofisin köhnə mebeli satılırmış kimi özəlləşdirmə yolu ilə satılıb. “Vorotan”ın bu şərtlərlə satılması elektrik enerjisi tariflərinin qalxması ilə nəticələnəcək ki, bu da məmurların səhvinə görə, bütün Ermənistanın pul ödəyəcəyi deməkdir”.
Heffern müxalifətin və Robert Koçaryanın bəyənatı ilə tanış olduğunu bildirib: “Onlar özləri üçün danışırlar, saziş olduqca çətin və böyükdür. Bu, energetika sahəsində ilk saziş, ilk Qərb investisiyasıdır. Ermənistan ilk dəfə olaraq tamamilə fərqli təkliflər irəli sürən Amerika şirkətilə danışıqlar aparıb. Öz hüquqi tələbləri, səhmdarlar qarşısında məsuliyyəti, saişdən gəlirlə bağlı gözləntiləri olan “ContourGlobal Hidrocaskade” şirkətilə imzalanacaq bu müqavilə Ermənistanın indiyə qədər bağladığı müqavilələrdən fərqlənir. ABŞ hökuməti bu sazişin imzalanmasında tərəf kimi iştirak etmir, mən sazişin bütün şərtləri ilə tanış deyiləm. Səfirlik olaraq biz Ermənistan hökuməti və bu şirkət arasında bu sazişin bağlaması üçün işləyirik” – deyə, diplomat bildirib.
Qeyd edək ki, 27 noyabr 2013-cü ildə Ermənistanın ictimai xidmətləri sferasının nizama salınması üzrə Komissiyası dövlətə məxsus “Vorotan kaskad SES” QSC-nin ABŞ-ın “ContourGlobal” şirkətinin törəmə kampaniyası olan “ContourGlobal Hidrocaskade” QSC-yə satılması üzrə müqaviləni təsdiqləyib. Bu şirkət kaskada 180 milyon dollar sərmayə yatırmağa hazırdır.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: