Poroşenkonun hücum planı hazırdır

Poroşenkonun hücum planı hazırdır
  08 İyul 2014    Oxunub:907
Ukraynanın cənub-şərq regionlarının separatçılardan azad edilməsi planı təsdiq edilib.
Ukrayna prezidenti Pyotr Poroşenko Donetsk və Luqanskda həyata keçiriləcək xüsusi əməliyyatlar planını təsdiq edib. Bu barədə ölkənin Milli Təhlükəsizlik Şurasının katibinin müavini Mixail Koval yerli kanallardan birinin efirində bildirib.

“Prezidentin təsdiq etdiyi plan cənub-şərq regionlarının ölkədə gərginlik yaradanlardan tamamilə təmizlənməsini nəzərdə tutur” –M. Koval deyib.

Qeyd edək ki, ötən bazar günü rusmeylli özünümüdafiə dəstələri Donetsk, Luqansk və Slavyanskdan qismən geri çəkilməyə məcbur olublar. Kovalın sözlərinə görə, Donetsk və Luqansk mühasirəyə alınacaq və separatçılar təslim olmağa məcbur ediləcək.

Səbinə Həsənova


Teqlər:





Xəbər lenti