`Qarabağ ətrafı rayonlar geri qaytarılmalıdır` - ABŞ səfiri
AzVision.az-ın məlumatına görə, bu barədə “News.am” saytına müsahibəsində ABŞ-ın bu ölkədəki səfiri özü bildirib.
Səfirin sözlərinə görə, o, Dağlıq Qarabağ ətrafında olan ərazilərin dərhal Azərbaycana qaytarılmasını nəzərdə tutmur: “Dağlıq Qarabağın yekun statusu yerli əhalinin öz iradəsi əsasında formalaşacaq. Daha sonra Laçın dəhlizi istisna olmaqla, Dağlıq Qarabağ ətrafında ərazilər geri qaytarılacaq. Ona görə də, mənim sözlərimdə yeni heç nə yoxdur”.
Torpaqların qaytarılması müqabilində Ermənistan tərəfinə zəmanətlərin verilməsi barədə suala cavab verərkən amerikalı diplomat vurğulayıb ki, nizamlanma müqaviləsinin altı elementinə regionda beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi də daxildir.
“Hazırda bu sülhməramlı qüvvələrin tərkibində hansı ölkənin və ya təşkilatın əsgərlərinin olması məsələsi Errmənistan – Azərbaycan arasında danışıqlar predmetidir. Təbii ki, erməni tərəfi əraziləri qaytarmazdan əvvəl beynəlxalq sülhməramlı qüvvələr və təhlükəsizlik zəmanəti olmalıdır” – deyə, Heffern bildirib.
Eldar Tanrıverdiyev