Obama Putindən xahiş etdi
Tərəflər o cümlədən Rusiya prezidenti Vladimir Putindən separatçıların rəsmi Kiyevlə danışıqlara getməsi üçün onlara təzyiq göstərməyi xahiş ediblər.
Obama və Olland danışıqlar zamanı silah təchizatı və Ukrayna sərhədi yaxınlığında Rusiya hərbçilərinin sayının artırılması da daxil olmaqla, Rusiyanın regionda “gərginliyi artıran fəaliyyəti” dayandırmalı olması qənaətinə gəliblər. Prezidentlər tərəfləri ikitərəfli atəşkəs rejimi elan etməyə, münaqişənin sülh yolu ilə nizamlamağa, o cümlədən bütün əsirləri azad etməyə çağırıblar.
“Prezidentlər vəziyyətin normallaşdırlması üçün Rusiyanın dərhal addımlar atmadığı təqdirdə ona qarşı ABŞ və Avropanın birgə sanksiyalar tədbiq edulməsi barədə qərar qəbul ediblər” – deyə, Ağ Evin yaydığı rəsmi bəyanatda bildirilir.
Eldar Tanrıverdiyev
Teqlər: