Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin ATƏT-in Minsk qrupunun Fransadan olan yeni həmsədri Pyer Andryö ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə edib.
AzVision.az xəbər verir ki, Moskvada keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının aktual məsələləri və gələcəkdə həmsədr ölkələr arasında fəaliyyətin əlaqələndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.